Ca’Foscari universitetinin nümayəndələri ilə görüş!
Ca’Foscari universitetinin nümayəndələri ilə görüş!

2019 QS Dünya Universitet sıralamasında tarix, dil, iqtisadiyyat və müasir dillər programlarında ilk 250-də olan Ca’Foscari eyni zamanda Academic Ranking of World Universitet sıralamsında ilk 400-dədir.

1868-ci ildə İtaliyanın ilk Biznes məktəbi olaraq qurulan Ca’Foscari Universiteti geniş və müxtəlif bakalavr və magistratura programlarından əlavə doktorantura programları və hərtərəfli idarəetmə dərsləri ilə müasir bir universitetdir.

20.000-dən çox tələbəsi olan Ca’Foscari hal-hazırda 4 əsas ixtisasda təhsil verir. İqtisadiyyat, qərb dilləri və ədəbiyyatı, humanitar elmlər və təbiət elmləri.

1 milyon kitablı kitabxanası, yataqxana imkanları, komputer laboratoriyaları, idman mərkəzləri və tələbə klubları ilə Ca’Foscari tələbələrin sosyal həyatlarını və təhsillərini dəsdəkləyir.