Bocconi Universiteti özəl universitet olub 1902-ci ildə Ferdinando Bocconi tərəfindən Milanda qurulub. İtaliyada ilk iqtisadiyyat diplomu verən universitetdir.
Bocconi Universiteti iqtisadiyyat sahəsində Avropada 4-cü, dünyada 16-cı sıradadır.
Bugün universitet, iqtisadiyyat, hüquq, biznes sahələrində beynəlxalq bir araşdırma universitetidir. Tədqiqat layihələri beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən universitet, Avropa və Amerikadakı bir çox məktəblə müxtəlif layihələr həyata keçirir.
Bocconi Universiteti biznes, iqtisadiyyat, hüquq və digər fənlər üzrə bakalavr, magistr və doktorantura təhsili verir. Əlavə olaraq, kursları və təlimləri gücləndirmək üçün mütəxəssislərlə işləmək imkanı təqdim edir.
Universitetin iqtisadiyyat, biznes maliyyələşdirmə proqramları dünyanın ən yaxşı proqramlarından biridir.
QS World University Ranking dəyərlərinə görə Avropanın ən yaxşı 10 universiteti arasındadır. Universitet məzunlarının 95%-i iş həyatına məşhur markalarda başlayır.