Xidmətlər
Təqaüd proqramlarına müraciət
Təklif etdiyimiz eksklüziv xidmətlərdən biri də müxtəlif təqaüd proqramlarına müraciətdir. Ölkələrdən və universitetlərdən asılı olaraq təqaüdlər dəyişir. Mövcud təqaüd proqramları namizədlərin akademik göstəricilərindən tutmuş maddi-sosial vəziyyətinə uyğun olaraq verilə bilir. Akademik göstəricilərə uyğun verilən təqaüdlərdə əsasən namizədin ortalama balına, beynəlxalq dil biliyi sertifikat balına, niyyət məktubu kimi göstəricilərə baxılır. Əlavə olaraq bəzi proqramlar namizədləri SKYPE vasitəsilə intervyu və ya onlayn rejimdə imtahan edirlər. Bu cür təqaüdlər əsasən namizədlər arasında rəqabət əsasında tənzimlənir. Təqaüdü qazanan tələbələrə ödənişsiz təhsil, yataqxana, və pul şəklində maddi dəstək də verilə bilir. Əlavə olaraq bir çox özəl və bəzi dövlət universitetlərində namizədlərə təhsil haqqı təqaüdü də təklif olunur. Bu istiqamətdə tələbələr illik təhsil haqqlarından müəyyən endirimlər qazana bilirlər. Maddi-sosial vəziyyətə görə verilən təqaüdlər isə namizədin akademik göstəricilərinə görə deyil məhz maddi-sosial vəziyyətinə görə dəyərləndirilib verilir. Bu cür təqaüdlərə müəyyən sosial standartların altında olan hər bir namizəd müraciət edib qazana bilir. Bu cür təqaüd proqramlarında namizəd tələbələr dövlət tərəfindən ödənişsiz təhsil, pulsuz yataqxana və qidalanma, nəqliyyat kartı, tibbi sığorta və pul şəklində maddi dəstək qazanırlar. Günümüzdə tələbələrimiz tərəfindən müraciət edilən ən populyar təqaüdlü istiqamətlər İtaliya, Polşa, Macarıstan, Çexiya və Çindir. Peşəkar ekspertlərimiz təqaüd proqramları haqqında ətraflı məlumat verərək namizədlərə düzgün seçim və maksimal nəticə əldə etməkdə yüksək səviyyədə dəstək olurlar.
Viza konsultasiyası
Təklif etdiyimiz xidmətlərdən biri də qarşılanmadır. İstəyə uyğun olaraq tələbənin təhsil alacağı ölkəyə yola düşdükdən sonra bizim əməkdaşımız və ya universitet nümayəndəsi tərəfindən hava limanında və ya mərkəzi qatar stansiyasında qarşılanmasını təşkil edirik. Bir çox valideynin narahat olduğu ilk qarşılanma məsələsinə peşəkar yanaşaraq tələbəni qarşılayıb qalacağı yerə qədər bələdçilik edirik.
Ödənişsiz konsultasiya
Xaricdə təhsil almağı planlayan namizəd tələbələrə və onların valideyinlərinə peşəkar konsultantlarımız tərəfindən ödənişsiz konsultasiyalarımız təklif olunur. Konsultasiya zamanı məqsədimiz tələbəni hərtərəfli analiz etmək və uyğun seçimləri təklif etməkdir. Ödənişsiz konsultasiyalarımız həftə içi hər gün mərkəzimizdə və ya onlayn rejimdə həyata keçirilir. Konsultasiyalarımıza yazılmaq üçün aşağıdakı formu doldurmaq kifayətdir. Biz sizə ən qısa zamanda geri dönüş edəcəyik!
Dəvət məktubunun alınması
Universitetə müraciət etdikdən sonra tələbə üçün əldə etdiyimiz müsbət cavab qəbul və ya dəvət məktubudur. Universitetin proqram rəhbərləri namizədin qiymət ortalamasına, xarici dil biliyinə, əsasən də magistratura üçün müraciət edənlərin isə ixtisas uyğunluğuna diqqət yetirirlər. Dəvət məktubunun alınmasını tələbə üçün mümkün qədər sığortalamaqdan ötrü uyğun ixtisas təklif edən bir neçə universitetə müraciət etməyi təklif edirik.
Uyğun ölkə, universitet və ixtisas seçimi
Peşəkar komandamız namizəd tələbənin qiymətləri, dil biliyi səviyyəsi kimi əsas göstəriciləri ilə tanış olub oxumaq istədiyi ölkələri və ixtisasları öyrənir. Tələbəni detallı analiz etdikdən sonra akademik göstəricilərə və ailənin büdcəsinə uyğun olan bütün mümkün seçimləri təqdim edirik. Ən əsası isə biz tələbənin və valideynin istəyindən asılı olmayaraq xüsusi test üsulları vasitəsilə tələbəyə ən uyğun ixtisasın seçilməsini təmin edirik.
Universitetə müraciət
Tələbənin bütün göstəricilərini analiz etdikdən sonra ona uyğun ölkəni və ixtisası seçib universitetə rəsmi müraciətimizi edirik. Bu prosesdə universitetin tələb etdiyi sənədlərin düzgün formada yığılmasını təmin edirik. Günümüzdə demək olar hər bir universitetin tələb etdiyi CV (Curriculum Vitae), niyyət və referans məktublarının tələbə üçün peşəkar səviyyədə hazırlanmasına dəstək oluruq. Sənədlər lazımi qaydada hazırlandıqdan sonra tələbə tərəfindən “Way to abroad” platformamızda tələbənin şəxsi səhifəsinə yüklənərək həm ekspertlərimiz, həm də tələbə və valideyinlər tərəfindən bütün proses başdan sona qədər rahat şəkildə izlənilə bilir.
Qalacaq yerin tapılması
Təkliflərimiz arasında tələbənin təhsil alacağı ölkədə qalacağı yerin tapılmasına dəstək olmaq da var. Bu istiqamətdə biz tələbələrə özəl və dövlət yataqxanalarını və ya kirayə tələbə evlərini təklif edirik. İstəyə və büdcəyə uyğun olaraq tələbələrə ən münasib variantları təşkil edirik. Peşəkar komandamız valideyinlərin və tələbələrin narahat olduqları qalacaq yer məsələsində ən münasib, təhlükəsiz və rahat seçimlər təklif etməyə hazırdır.