.
Təklif etdiyimiz proqramlar arasında yetkinlik yaşına çatmayan dostlarımız üçün də xüsusi yer ayırmışıq. Beləki, övladlarının yay aylarını əyləncəli və daha səmərəli keçirmək istəyən valideyinlərimizə dünyanın ən məşhur yay məktəblərində həm dil öyrənməyi, həm də əylənməyi təklif edirik. Beləliklə, proqram iştirakçıları xaricdə nəinki erkən bir təcrübə qazanacaq, eyni zamanda gənc yaşlarında fərqli mədəniyyətləri kəşf edəcək, müxtəlif ölkələrdən dostlar qazanacaq və dil təhsili alarkən möhtəşəm bir yay məktəbi təcrübəsi yaşayacaqlar. Erkən yaşda qazanılacaq bu təcrübə gənclərin fərdi inkişafına, özünə inamına və hadisələrə baxışına təsir göstərir. Dünyada 8-17 yaş arası bir çox gənc bu təcrübəni yaşayır.
Yay məktəbləri ABŞ, Kanada, İngiltərə, İrlandiya, Fransa, Almaniya, Avstriya, İtaliya, İspaniya, Malta kimi ölkələrdə təklif olunur.
Proqramlara istəyə uyğun olaraq fərdi və qrup şəkilində qatılmaq mümkündür.
Partnyoru olduğumuz bəzi məşhur yay məktəbləri: