Istituto Marangoni 1935-ci ildə Milanda "Istituto Artistico dell'Abbigliamento Marangoni" adı ilə yaradılıb. Yarandığı gündən bəri, Instituto Marangoni 85 ildən artıq bir tarixə malikdir və onun əsas məqsədi moda və dizayn sənayesi üçün ixtisaslı və peşəkar kadrlar hazırlamaqdır. Bu günə olan məlumata görə, Istituto Marangoni hər il 107 fərqli ölkədən təxminən 4000 tələbəyə Milan (Dizayn və Moda məktəbləri), Florensiya, Paris, London, Şanxay, Shenzhen, Mumbay, Dubay və Mayami kimi moda, dizayn və lüks paytaxtlarda təhsil təklif edir.Məhsul və daxili dizayn laboratoriyası şagirdlərin ixtiyarındadır; işıq modelləşdirmə laboratoriyası; kitabxana; Mac ilə təchiz olunmuş kompüter laboratoriyaları; açıq iş yerləri, kafelər və s. Universitet Giorgio Armani, Versace, Dolce & Gabbana, Prada, Gianfranco Ferre, Gucci, Etro, Bello Diaz Interior Design, Krizia, Valentino, Max Mara kimi şirkətlərdə təcrübə almaq imkanı verilir.
Populyar İxtisaslar:
Fashion business
Accessory design
Fashion purchasing
History of Italian art
Retail in the fashion industry
Fashion Finance and Management